İQTİSADİYYAT

Xarici neft şirkətləri Azərbaycana yarım milyard manat ödəyəcək

Samir Şərifov: "Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır"
Sputnik

BAKI, 22 iyun — Sputnik. "Neftin qiymətinin 10 dollar artırılması nəticəsində Dövlət Neft Fonduna daxilolmaların həcmi artacaq".

Parlamentdə təklif: Dövlət qulluqçularının maaşları artırılsın

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin mənfəətindən 500 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır: "Neftin qiymətinin artması ilə bağlı Dövlət Neft Fonduna daxilolmaların təxminən 5 milyard 16 milyon manat təşkil edəcəyi gözlənilir" — deyə nazir bildirib.