BAKI, 22 iyun — Sputnik. ABŞ-ın Şimali Karolina Universitetinin alimləri 500-dən artıq xristian arasında sorğu keçirərək alınmış cavablar əsasında Tanrının fotorobotunu yaradıblar.
Bu barədə Sputnik AzərbaycanGizmodo-ya istinadən məlumat verir.
Bir qrup tədqiqatçı insanlardan Allahı görünüşcə necə təsəvvür etdiklərini soruşub. Bunun üçün respondentlərə 300 şəkildən bu obraza bənzətdiklərini seçmək təklif edib.
Sonra seçilən şəkillərdən bir portret düzəldilib. Alimlər həmçinin insanların imtina etdikləri şəkillərdən "anti-Tanrı"nın fotorobotunu da düzəldiblər.
Nəticə bir qədər gözlənilməz olub. Ənənəvi olaraq Allahı ağ saqqallı avropoid kişi kimi təsvir edirlər. Lakin alınmış fotorobot daha qadına xas cizgilərə malikdir, ənənəvi obrazdan gəncdir və qarışıq irqə məxsusdur.
Tədqiqatçılardan bəziləri alınmış obrazın milyarder biznesmen İlon Maskı xatırlatdığını vurğulayıblar. Çoxlu sayda internet istifadəçisi də onların bu fikrini təsdiqləyib.