Gürcüstana gedənlər üçün bəd xəbər: Ehtiyatlı olun

Agentliyin məlumatına görə, bu il bir gürzə tutma faktı qeydə alınıb.
Sputnik

BAKI, 22 iyun — Sputnik. Bu il iyunun 20-nə olan məlumata görə, Tbilisidə 244 ilan tutulub. Sputnik Gürcüstan xəbər verir ki, bu barədə Gürcüstanın Heyvanların monitorinqi agentliynin məlumatında deyilir. Məlumata görə, ötən il agentliyin əməkdaşları müxtəlif bölgələrdə 438 ilan tutub. Bu daha çox may, iyun və iyul aylarında özünü büruzə edib.

Heyvanların montorinqi agentliyinin herpetoloqu Şota Zandukelinin sözlərinə görə, zəhərli ilanlar Ortaçala, Kranisi, Poniçala rayonlarında və eyni zamanda hava limanı ərazisində özünü daha çox göstərib.

Agentliyin məlumatına görə, bu il bir gürzə tutma faktı qeydə alınıb.

Xatırladaq ki, Gürcüstanda 30 növ ilan var. Onlardan 4–ü zəhərlidir. Tbilisidə 12 növ ilanla qarşılaşmaq olar.

Mütəxəssislər ilanların yuva sala bilməməsi üçün şəhər sakinlərinə həyətdə odun saxlamamağı, tikinti materialları yığmamağı məsləhət görürlər.