BAKI, 22 iyun — Sputnik. Azərbaycanın Xalq artisti, tanınmış müğənni Emin Ağalarova Rusiyanın Adıgey Respublikasının fəxri adına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, ona Adıgey Respublikasının Əməkdar artisti fəxri adı verilib.
Fəxri adı Respublika rəhbəri Murad Karalbieviç Kumpilov təqdim edib. Sənətçi açıqlamasında bildirib ki, bu ad onun üçün gözlənilməz olub: "Gözlənilməz və xoş sürprizə görə minnətdaram! Göstərilən diqqətə və yüksək qiymətə görə təşəkkür edirəm! Ümidlərinizi doğruldacağıma söz verirəm".