İQTİSADİYYAT

Azərbaycan, Qazaxıstan və Gürcüstana vacib təklif: Tarixi imkanı qaçırmayın

Svante Kornell: "Əvvəldən məqsədimiz regiondakı məsələlərə diqqət çəkməkdir"
Sputnik

BAKI, 22 iyun — Sputnik. Bakıda CAMCA-2018 Regional Forumunun açılış mərasimi keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, forumda açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev 10 il ərizində baş tutan bu forumun hər dəfə müxtəlif ölkələrdə keçirildiyini deyib.

Azərbaycanın baş naziri: "Beynəlxalq münasibətlərdə ədalət anlayışı qalmayıb"

"Düşünürəm ki, bu iki gün ərzində qonaqlar həm forum çərçivəsində vacib müzakirələr aparacaq, həm də Azərbaycan haqqında məlumatlar əldə edə biləcəklər" — deyən H.Paşayev daha sonra qonaqları ADA universitetinin fəaliyti ilə tanış edib.

Central Asia-Caucasus İnstitutunun direktoru Svante Kornell də çıxışında tədbirin xüsusi əhəmiyyətini vurğulayıb. İnstitutun yaradılma tarixindən söz açan S.Kornell deyib ki, bu institutun yaradılmasında məqsəd region barədə analiz və informasiya çatışmazlığını aradan qaldırmaqdır: "Əvvəldən məqsədimiz regiondakı məsələlərə diqqət çəkməkdir. CAMCA regional forumu ABŞ ilə region ölkələri arasında əlaqələrin daha da dərinləşməsinə təkan verib. Bu proses 10 ildən artıqdır davam edir. Bu istiqamətdə Ramsfeld Fondunun rolunu xüsusilə vurğulamaq istəyərdim".

Ramsfeld Fondunun icraçı direktoru Sarah Tonuçi də açılış nitqində forumun əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Central Asia-Caucasus İnstitutunun sədri Fredirik Starr isə region ölkələrinin iştirak etdiyi tranzit layihərə diqqət çəkib. O, qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Gürcüstan nəqliyyat dəhlizlərinə investisiyalar yatırmalıdır: "Əks halda bunu digər ölkələr edər və tarixi imkan əldən çıxa bilər".

Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm olduğunu deyən F.Star əlavə edib ki, region ölkələri bir-birini kənar ölkələrin onları tanıdığından daha yaxşı tanıyır.

Forum plenar sessiyalarla davam edəcək.