Mətbuat mərkəzi

Azərbaycan Ordusunun 100 yaşı: Tarix və mövcud vəziyyət müzakirə olunacaq

Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi qeyd olunur
Sputnik

BAKI, 22 iyun — Sputnik. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verib.

Azərbaycan Ordusu Günnüt kəndini işğaldan belə azad etdi - VİDEO

1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra həmin milli ordu ləğv edilib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti Milli Ordunun yaradılması haqqında qərar qəbul edib.

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü və qeyri-iş günü elan edilib.

Ötən yüz il ərzində Azərbaycan tarixində dramatik dövrlər az olmayıb. Lakin ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində milli hərbi kadrların hazırlanması üçün yaxşı baza yaranıb. Müstəqillik illərində Azərbaycanda ordu quruculuğu və Silahlı Qüvvələrin möhkəmləndirilməsi istiqamətində xeyli iş görülüb və bu istiqamətdə fəaliyyət davam etməkdədir.

Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi qeyd olunur. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı dövründə Milli Silahlı Qüvvələrin formalaşması prosesinin, ordunun inkişafının necə getdiyi barədə 25 iyun saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində müzakirə açılacaq.

Tədbirdə bu şəxslər danışacaqlar:

— Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov

— İstefada olan polkovnik, Qarabağ müharibəsi veteranı Məmməd Qədirov

Əlaqə üçün

Telefon: (012) 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi (Mətbuat prospekti, 529-cu məhəllə, bina 23m, 4-cü mərtəbə)