CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlaxda pambıq sahəsində növbəti olay: "Ağ qızıl" yenə zəhərə çevrildi

Hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyəti sabitdir və onlar həkim nəzarəti altındadırlar
Sputnik

BAKI, 20 iyun — Sputnik. Yevlax rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri sahədə zəhərləniblər.

Bəzi məlumatlara görə, zəhərlənənlərin sayı 24 nəfərdir. Onlardan 8 nəfəri valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlardır. Bütün zəhərlənənlər xəstəxanaya aparılıb. Onların kimyəvi maddədən zəhərləndiyi bildirilir.

Azərbaycanın cənubunda kütləvi zəhərlənmə: 11 ölü, yüzlərlə yaralı var

Hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyəti sabitdir və onlar həkim nəzarəti altındadırlar.

Zəhərlənənlər:

Ağakişiyeva Fərqanə (1992)

Ağakişiyev Natiq (1976)

Vahidova Rövşənə (1984)

Muradova Lalə (1986)

İsmayılova Ayşən (1985)

Məmmədova Rahidə (1973)

Əsgərova Lalə (1988)

Əliyeva Solmaz (1982)

Əliyev Xəyal (1987)

Tapdıqova Aynur (1987)

Abbasova Süsənbər (1959)

Hüseynova Sevinc (1965)

Nuriyev Füzuli (1989)

Abbasova Rəksanə

Qasımov Zəlimxan (2000)

Həziyev Rəşad (2001)

Allahverdiyev Amil (2005)

Sarıyev Ayxan (2002)

Hüseynli Ayxan (2004)

Vəliyev Hüseyn (2002)

Qasımov Samir (2003)

Hüseynli Munis (2003)

Əlizadə Ülvi (2001)

Ağakişiyeva Aysel (2004)

Faktla bağlı araşdırma aparılır.