BAKI, 21 iyun — Sputnik. Bu gün Sumqayıt Universitetinin əsas girişi çöküb. Bu barədə Sputnik Azərbaycan-a Univeristetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib. O, bildiirb ki, iyunun 21-də saat 15:30-da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb.
"Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, müvafiq strukturlara məlumat verilib" deyə o bildirib.