Siçanlar banka girdilər, milyonları yedilər

Bankomatda ümumilikdə 2 milyon 948 min rupi pul olub. Siçanlar onun 1 milyon 238 minini zay ediblər
Sputnik

BAKI, 21 iyun — Sputnik. Hindistanda siçanlar bankomata girərək, təxminən 30 min manat pulu yeyiblər. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bankomat təmir edilmək üçün açılan zaman baş verəni görənlər gözlərinə inanmayıblar.

Hadisə Hindistanın Tinsukia bölgəsində baş verib. Belə ki, özəl mühafizə şirkəti Hindistanın Dövlət Bankına aid bankın bankomatına  milyonlarla rupi (Hindistan valyutası – red.) pul qoyub. Amma mayın 20-də bankomat işləməyib. İyunun 11-də bankın əməkdaşları bankomatı açaraq, onu təmir etmək qərarına gəliblər. Bankomat açılan zaman məlum olub ki, pulların çoxunu siçanlar gəmirib.

Bankomatda ümumilikdə 2 milyon 948 min rupi pul olub. Siçanlar onun 1 milyon 238 minini zay ediblər.

Hazırda faktla bağlı polis araşdırma aparır.