Elmar Məmmədyarov Belarusa gedib

XİN başçısının çıxışı və bir sıra görüşləri nəzərdə tutulub
Sputnik

BAKI, 21 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir

Məlumata əsasən, E.Məmmədyarov 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Tədbir çərçivəsində nazir E. Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.