QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan üçün insan haqları, yoxsa Qarabağ - Bu gün Brüsseldə cavab veriləcək

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə Ermənistanın XİN başçısı arasında görüş başlayıb
Sputnik

BAKI, 21 iyun — Sputnik. Bu gün Brüsseldə Avropa İttifaqı – Ermənistan Əməkdaşlıq Şurasının iclası başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, iclasa Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini və Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan sədrlik edir.

Əməkdaşlıq Şurası Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Ermənistan münasibət və fəaliyyətini nəzərdən keçirəcək. Ali Komissar Federika Mogerini və nazir Zohrab Mnatsakanyan siyasi məsələləri müzakirə edəcək.

Bura siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi, KİV-in azadlığı və insan haqları məsələlər daxildir. Tərəflərin, həmçinin Dağlıq Qarabağ münaqişəsi, eləcə də Suriya və İran kimi regional məsələləri müzakirə edəcəkləri də gözlənilir.