Oqtay Əsədov Çində səfərdədir

Parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasına rəsmi səfər edib
Sputnik

BAKI, 20 iyun — Sputnik. Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi etdiyi parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasına rəsmi səfər edib.

Bu barədə Sputnik Azərbaycan-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Ümumçin Xalq Nümayəndələri Məclisinin rəhbərliyi və digər rəsmi şəxslərlə keçiriləcək görüşlərdə iki ölkə arasında münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaq.

Səfər iyunun 23-də başa çatacaq.