CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onu görənlərdən xahiş edilir ki...

Toğrulun hansısa dini sektaya qoşulduğu ehtimal edilir
Sputnik

BAKI, 20 iyun — Sputnik. 1991-ci il təvəllüdlü Hüseynzadə Toğrul Nizaməddin oğlu may ayının 3-də evdən çıxıb, geri qayıtmayıb. Bu barədə Sputnik Azərbaycan-a Toğrul Hüseynzadənin bibisi məlumat verib.

Onun sözünə görə, Toğrul evdən çıxan zaman şəxsiyyət vəsiqəsini, pasportunu və telefonunu evdə qoyub.

Toğrul Hüseynzadə

"Telefonunu format edib. Sosial şəbəkələrdə bütün hesablarını dondurub. Özü ilə sadə bir telefon götürüb. Sonuncu dəfə bibisinə mesaj yazıb ki, "mən dostlarla getdim, nigaran qalmayın". Həmin gündən Toğruldan heç bir xəbərimiz yoxdur” – deyə o bildirir.

Bibisinin sözlərinə görə, Toğrulun hansısa dini sektaya qoşulduğunu güman edirlər. Ailəsi, artıq polisə məlumat verib. Amma onun ölkədən çıxdığı barədə məlumat yoxdur.

"Haradadırsa, Azərbaycandadır. Əlimiz çatan hər yeri axtarmışıq. Toğrul, əgər bu yazını görəcəksənsə, ailənlə əlaqə saxla. Səndən nigaranıq" — deyə bibisi ona səslənib.

Onu görənlərdən xahiş edilir ki, 050-523-00-64 və ya 077-526-06-74 nömrələri ilə əlaqə saxlasınlar.