Mühafizə xidmətinin əməkdaşı evlilik təklifini rədd edən qızı güllələdi - VİDEO

Mühafizəçi hadisə yerindən qaçmağa çalışsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Sputnik

BAKI, 20 iyun — Sputnik. Pakistanda kişi onunla ailə qurmaq istəməyən qadını güllələyib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, cinayət şəhərin müşahidə kameralarına düşüb.

Məlumata görə, Abrar adlı kişi nəqliyyat şirkətində mühafizəçi işləyirmiş. O, öz iş yoldaşı, 18 yaşlı qıza evlilik təklif etsə də, rədd cavabı alıb. Bundan sonra kişi qızı izləyib və imkan tapan kimi onu boğaz nahiyəsindən güllələyib. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Kameranın qeydə aldığı kadrlara görə, Abrar qızı vurmamışdan öncə onun əlindən tutur, nəsə deməyə imkan da tapır. Mühafizəçi hadisə yerindən qaçmağa çalışsa da, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bildirilir ki, qız atasının ölümündən sonra işləyərək ailəsini dolandırırmış.

Pakistan qanunvericiliyinə görə, ölkədə məcburi nikah qadağandır. Ancaq buna baxmayaraq, çox zaman qızlar məcburən ərə verilir.