CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN zorlanma xəbərinə aydınlıq gətirdi

“Bu iddialar təxribat xarakterli dezinformasiyalardır”
Sputnik

BAKI, 20 iyun — Sputnik. Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmadığını bildirib: “Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır”.

Qeyd edək ki, bəzi KİV-də Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumatlar yayılıb.