Heç nə kömək etmədi, ölkənin adı rəsmən dəyişdi

Makedoniya Məclisi Yunanıstan ilə bağlanmış müqaviləni təsdiq edib
Sputnik

BAKI, 20 iyun — Sputnik. Makedoniya Məclisi Yunanıstanla imzalanan müqaviləni təsdiq edib və artıq ölkənin adı rəsmən "Şimali Makedoniya Respublikası" olub.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Yunanıstan ilə yaşanan böhran, ölkənin Yuqoslaviyadan ayrılaraq 1992-ci ildə Makedoniya adı altında müstəqilliyini elan etməsi ilə başlayıb. Afina, tarixi və mədəniyyəti ilə bərabər tutduğu Makedoniya adının istifadə edilməsinə qarşı çıxıb. Yunanıstanın şimalında Makedoniya adlı bir bölgənin olması, yunanlarda eyni ada malik qonşu ölkənin torpaq iddiası qaldırması narahatlığı yaradıb.

Makedoniya adının dəyişdirilməsi ilə bağlı 2018-ci ilin yanvarında BMT-nin yardımı ilə müzakirələr yenidən başlayıb. Çərşənbə günü  tərəflər Makedoniyanın Şimali Makedoniya Respublikası adlanmasını razılaşdırıblar.

Bundan sonra parlamentin qəbul etdiyi qərarı prezident Qeorqe İvanov imzalamalıdır. Amma İvanov heç bir zaman bu qərarın altından imza atmayacağını bəyan edib. Onun parlament çoxluğunun qərarı ilə impiçmentə məruz qalacağı istisna edilmir.