Bayramdan sonra ilk rəsmi məzənnələr açıqlandı

AMB bu günə olan rəsmi məzənnələri açıqlayıb
Sputnik

BAKI, 20 iyun — Sputnik. Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sputnik Azərbaycan AMB-nin rəsmi saytına istinadən xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9671 manat təşkil edir. 1 Türkiyə lirəsi 0,3577 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6911 manatdır.