RUSİYA

"Azərbaycan Rusiyaya heç vaxt xəyanət etməyib"

Zaur Məmmədov: "Ermənilər Rusiya ilə müttəfiq olmaq istəmirlər"
Sputnik

BAKI, 20 iyun — Sputnik. "Azərbaycan Rusiyaya heç vaxt xəyanət etməyib". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş "Cənubi Qafqaz" politoloqlar klubunun 57-ci iclasında politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, münasibətimizin uzun illərə söykənən tarixinə nəzər salsaq, bunu aydın şəkildə görmək olar: "Rəsmi Moskvanın Cənubi Qafqaz və Dağlıq Qarabağdakı vəziyyətə iki yanaşması önə çıxır, lakin onlar dəyişir".

"Azərbaycan — Rusiya münasibətlərinin ən problemli məqamı Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Hazırki məqamda ikinci Qarabağ müharibəsi Cənubi Qafqazda qeyri-sabitliyə gətirib çıxaracaq. Rusiya dairələri anlayır ki, ermənilər onlarla müttəfiq olmaq istəmirlər" — politoloq vurğulayıb.