BAKI, 20 iyun — Sputnik. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli (Nikki Haley) bəyan edib ki, Birləşmiş Ştatlar BMT yanında İnsan Haqları Şurasından çıxır. Bu barədə Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir.
"Mən açıq şəkildə bəyan etmək istəyirəm ki, ABŞ-ın İnsan Haqları üzrə Şuradan çıxması bizim insan haqları sahəsində öhdəliklərimizdən geri çəkilməyimiz anlamına gəlmir" — deyə Heyli bildirib.
O vurğulayıb ki, BMT-yə üzv ölkələrdən heç biri Şurada islahatların aparılması üzrə mübarizəyə qoşulmaq istəmədi. Heyli, həmçinin Şuranı ikiüzlülük və tamahkarlıqda ittiham edib.