QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hərbçilərimiz Ermənistana aid PUA-nı məhv etdilər

"X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib
Sputnik

BAKI, 19 iyun — Sputnik. Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı vurulduqdan sonra

Sputnik Azərbaycan-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.