Erməni general deputat toxunulmazlığından məhrum edildi

İyunun 16-da Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb
Sputnik

BAKI, 19 iyun — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən deputat Manvel Qriqoryan deputat toxunulmazlığından məhrum edilib.

Sputnik Ermənistan xəbər verir ki, parlament bu gün keçirilən iclasında Qriqoryanın barəsində cinayət işinin başlanılması və onun həbs edilməsi ilə bağlı baş prokurorun vəsatətini təmin edib. Gizli səsvermə zamanı Qriqoryanın toxunulmazlıqdan məhrum edilməsi qərarını iclasda iştirak edən 82 deputatdan 77-ci dəstəkləyib.

Xatırladaq ki, Erməni general Manvel Qriqoryanın bağ evində aparılan axtarışların nəticələri hamını şoka salıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti deputat və general, Qarabağ müharibəsinin qəhrəmanının evində aparılan xüsusi əməliyyatın görüntülərini yayımlayıb.

Hərbçilərimiz Ermənistana aid PUA-nı məhv etdilər

İyunun 16-da Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. Aparılan axtarışlar zamanı MTX əməkdaşları xeyli sayda silah və sursat aşkarlayıb.

Ermənistan baş naziri Nikol Paşinyan generalın saxlanılması barədə məlumatı şərh edərkən qeyd edib ki, bu yalnız aşkarlanan silahlarla bağlı deyil. General həmçinin aprel müharibəsi zamanı yığılan yardımın mənimsənilməsi və oğurlanmasında da şübhəli bilinir.

Belə ki, Ermənistan MTX-i tərəfindən yayımlanan videoda əsgərlər üçün nəzərdə tutulan və uşaqlar tərəfindən göndərilən ərzaq və məktublar da görünür.

Axtarış zamanı xeyli sayda retro avtomobillər də daxil olmaqla xeyli sayda nəqliyyat vasitələri aşkarlanıb.

Qeyd edək ki, Qriqoryan 2000-2008-ci illərdə Ermənistan müdafiə nazirinin müavini də olub.