CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "Taxta bazarı"nda yanğın - VİDEO

Xətai metrostansiyasının yaxınlığındakı obyektlərdən birində yanğın başlayıb.
Sputnik

BAKI, 19 iyun — Sputnik. Bu gün səhər saatlarında Bakının Nərimanov rayonu ərazisində, Xətai metrostansiyasının yaxınlığındakı obyektlərdən birində yanğın başlayıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın tikinti materiallarının satışı mağazasında baş verib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yanğın Bakı şəhərinin Nərimanov rayonunda yerləşən tikinti materiallarının satışı mağazasının dam örtüyündə başlayıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hazırda yanğın söndürülməkdədir.