Yaponiyanın cənubundakı Osaka prefekturasında bu səhər 6,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ zamanı 3 nəfər həlak olub.
Onların arasında Takasuki şəhərində divarın arasında sıxılıb həlak olmuş doqquz yaşlı qız da var.
Zəlzələnin episentri Osaka prefekturasının şimalında, onun ocağı isə 13 km dərinlikdə olub.
Təbii fəlakətə görə Osaka və Xöqo prefekturalarında 170 minə yaxın ev elektriksiz qalıb.
Zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə fövqəladə qərargah yaradılıb.