Xızıda ildırım hücumu: Çobanları və qoyun-quzunu vurdu

Xızının ən yüksək yaylağında ildırım iki çobanı və qoyun-quzunu vurub.
Sputnik

BAKI, 18 iyun — Sputnik. Son günlər ölkəmizin müxtəlif regionlarında baş verən təbiət hadisələri itkisiz ötüşmür. Bu gün Xızı rayonu "ildırım hücumu"na məruz qalıb. Xızının ən yüksək yaylağında ildırım iki çobanı və qoyun-quzunu vurub.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Dübrar yaylağında baş verib.

İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.