BAKI, 18 iyun — Sputnik. 2001-ci il iyunun 18-də Azərbaycan prezidenti Heydər Əliyev "Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
Fərmana əsasən, 2001-ci il avqustun 1-dən etibarən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib, respublikanın bütün idarələrində rəsmi yazışmalar yalnız latın qrafikasında aparılmağa başlanıb. Azərbaycanda latın qrafikasına keçid barədə qərar hələ 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi.
Fərman bu prosesi birdəfəlik başa çatdırdı və Azərbaycan əlifbasının 62 illik “kiril dövrü” tarixə qovuşdu.