HADİSƏ

İçində 80 nəfərin olduğu gəmi batdı - İndoneziyada

İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb
Sputnik

BAKI, 18 iyun — Sputnik. İndoneziyada göyərtəsində 80 nəfərin olduğu gəmi batıb.

"Report" xəbər verir ki, hadisə Toba gölündə baş verib.

Hadisə nəticəsində azı 1 nəfər ölüb. Bildirilir ki, 18 nəfərin həyatını xilas etmək mümkün olub. Digər sərnişinlərin aqibəti məlum deyil.

Hazırda xilasetmə işləri davam etdirilir.