BAKI, 18 iyun — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk seçicilərdən iyunun 24-ü ona səs verməklə Qərbə dərs verməyə çağırıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyənin "Hürriyet" nəşri xəbər verib.
"Qərb 24 iyun seçkilərini gözləyir. Onlar nəyi görmək istəyirlər? Ərdoğanın məğlubiyyətini?! Siz Qərbə dərs verməyə hazırsınız? Mən əminəm ki, siz bu dərsi verəcəksiniz"! — deyə Ərdoğan İstanbulda keçirilən seçki mitinqində bildirib.
Türkiyədə iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri baş tutacaq.
Prezident Ərdoğan öz çıxışında Suriyadakı transsərhəd əməliyyatları, bölgədəki əhəmiyyətli hadisələri və köhnə sistemin problemlərinin ən qısa zamanda həll edilməsi lazım olduğunu deyib.