BAKI, 17 iyun — Sputnik. Xorvatiya sahillərində, Adriatik dənizində yanacaq, yağ və külçə daşıyan türk gəmisi qəzaya uğrayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, "Haksa" yük gəmisi bazar günü səhər saatlarında SOS siqnalı verib. Gəmi Yabuka adası yaxınlığında olarkən korpusda əmələ gəlmiş dəlikdən içəriyə su dolmağa başlayıb. Köməyə yaxınlıqdan keçən "Valcadore" italyan tankeri, dəniz polisi və xorvat kateri göndərilib.
Nəticədə 13 nəfər heyət üzvü xilas edilib. Heyət üzvlərinin 11-i Türkiyə, 2-si Hindistan vətəndaşıdır.
Gəmi isə buksirə qoşularaq sahilə doğru aparılır.