BAKI, 17 iyun — Sputnik. Çinin Kanas gölünü də əhatə edən parkın əməkdaşı Şotlandiyadakı məşhur Loxness əjdahası ölçüsündə olan bir canlını görüntüyə alıb. Sputnik Azərbaycan bu barədə Daily Mail-ə istinadən məlumat verir.
Videonun müəllifi Van Sinan əmindir ki, çəkdiyi canlı hansısa bir bədheybətdir.
"Düşünmürəm ki, çəkdiyim dalğa idi, çünki o axının əksinə hərəkət edirdi", — o bildirib.
Yerli Vəhşi təbiət mərkəzinin direktoru Sun Szidan isə videoda görünən canlının göldəki iri su canlılarından biri olduğunu düşünür.
Ötən ay bir neçə turist də Kanas gölündə suyun altı ilə asta-asta hərəkət edən bəbheybət gördüklərini iddia etmişdilər.