Dünyanın ən təhlükəli sualtı gəmilərinin adları məlum oldu

Mütəxəssislər nüvə silahları ilə təchiz edilən sualtı gəmilərin bu günə qədər icad edilən ən təhlükəli hərbi texnikalar olduğunu bildiriblər
Sputnik

BAKI, 17 iyun — Sputnik. Dünyanın 5 ən təhlükəli sualtı gəmisinin adı məlum olub. 

Bu barədə “The National İnterest” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiyaya məxsus “955 Borey”, “667BDRM Delfin” və “885 Yasen” ən təhlükəli sualtı texnikalardır. Digər iki sualtı gəmi ABŞ-a məxsusdur. Bunlar “Ohio” və “Kolumbiya” gəmiləridir.

Mütəxəssislər nüvə silahları ilə təchiz edilən sualtı gəmilərin bu günə qədər icad edilən ən təhlükəli hərbi texnikalar olduğunu bildiriblər.