İQTİSADİYYAT

Ramil Osmanlı: “Əmlak bazarındakı qiymət dəyişiklikləri mövsümlə əlaqədardır”

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, torpaq bazarındakı artımlar daha çox mövsümlə əlaqədar olduğu üçün bir müddət sonra regionlara doğru istiqamətlənəcək
Sputnik

Ramil Osmanlı: “Makroiqtisadi amillər əmlak qiymətlərinə təsir edir”
2018-ci ilin may ayında Bakıda mənzillərin qiymətində ucuzlaşma, torpaq bazarındakı qiymətlərdə isə artım qeydə alınıb. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a deyir ki, torpaq bazarındakı qiymət artımı mövsümlə əlaqədardır: 

“Ümumiyyətlə son dövrlər əmlak bazarında artım dinamikası müşahidə olunur. Bu, özünü həm topraq sahələrində, həm də digər daşınmaz əmlak subyektlərində göstərir. Müsbət təsir edən səbəblərdən biri makroiqtisadi vəziyyətin müsbətə doğru dəyişməsidir. Torpaq bazarındakı artımlar daha çox mövsümlə əlaqədar olduğu üçün yəqin ki, bir müddət sonra regionlara doğru istiqamətlənəcək və Bakıda proses stabilləşəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz