Uşaqların arzusu gerçəkləşdi

Proqram 27 yanvar 2019-cu ildə açılacaq.
Sputnik

BAKI, 16 iyun — Sputnik. Uşaqların sevimli cizgi filmlərindən biri “Şirinlər”dir. Sputnik AzərbaycanTürkiyə mətbuatına istinadən xəbər verir ki, cizgi film qəhrəmanlarının yaşadığı və uşaqların sevimli məkanına çevrilən Şirinlər kəndi uşaqların illərdir xəyallarına çevrilib. Belçikanın paytaxtı Brüseldə mütəxəssislər uşaqların xəyallarını gerçəkləşdiriblər. Belə ki, “Şirinlər” cizgi filminin 60 yaşı şərəfinə Brüseldə “Şirinlər kəndi” qurulub. Artıq Belçikanın Ekspo Mərkəzində bu kənd nümayiş edilib.

Proqrama əsasən şirinlərin kəndə meşədən keçib daxil olmaq lazımdır. Bu kənddə uşaqlar öz boylarında olan şirinlər ilə vaxt keçirib onların həyat tərzi ilə tanış olurlar.

Kənd 27 yanvar 2019-cu ildə açılacaq.

Qeyd edək ki, şirinlər belçikalı karikatura ustası “Peyo” ləqəbli Pire Kuliford tərəfindən 1958-ci ildə yaradılıb.  1981-ci ildə isə şirinlərin cizgi filmi çəkilməyə başlanıb. Bu cizgi filmi qısa zaman kəsiyində böyük izləyici kütləsi toplamağı bacarıb.