HADİSƏ

Təbii fəlakət daha bir bölgədə faciəyə səbəb olub

Güclü sel Quba-Xınalıq yolunda maşını dərəyə aşırıb
Sputnik

BAKI, 16 iyun — Sputnik. Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb. APA-nın verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb. İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.