BAKI, 16 iyun — Sputnik. Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün və 2 otağının yanar konstruksiyaları 65 m² sahədə yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadası cəlb olunub. Evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.