SƏHİYYƏ

Özünüzdə və yaxınlarınızda belə əlamətlər müşahidə olunsa, dərhal müraciət edin

Xəstəliyin dərinləşməməsi üçün erkən diaqnoz və müalicə şərtdir
Sputnik

BAKI, 16 iyun — Sputnik. İstilərin düşməsi ilə tərləmə, ürək döyüntüsünün artması və əsəbilik kimi problemlər meydana çıxır. Bu sıxıntılar tənzimlənmədiyi halda "panik atak" xəstəliyinə (qeyri-ixtiyarı və adekvat olmayan reaksiya, həyacan) səbəb ola bilər.

Şəkərli xəstələr mütləq bu qaydalara diqqət etməlidir – diyetoloq məsləhəti

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, mütəxəssilərə görə, panik atak anidən yaranır və buna səbəb sosial həyat, içərisində olunan mühitdir. Məsləhət görülür ki, xəstəliyin diaqnozu qoyulan kimi dərhal müalicəyə başlamaq lazımdır.

Həkimlər bu xəstəliyin daha çox gənclərdə müşahidə edildiyini bildirirlər. Xəstəlik özünü evdən çıxmaq istəyinin olmaması, ölüm qorxusu, ictimai nəqliyyata minməkdən çəkinmə, sosial mühitlə əlaqənin kəsilməsi və hər an ölümü düşünmə hissinin olması ilə büruzə verir.

Müalicə iki yolla həyata keçirilir: Dərman qəbulu və psixoterapiya. Müalicə zamanı xəstə yaxınlarının da üzərinə böyük məsuliyyət düşür. Xəstə evdən çıxmağa qorxursa, onu çıxmağa, gəzdirməyə məcbur edin. Xəstəliyin dərinləşməməsi üçün erkən diaqnoz və müalicə şərtdir.