HADİSƏ

Bakıda ev tamamilə yandı, hər şey məhv oldu

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Sputnik

BAKI, 16 iyun — Sputnik. Bakıda yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları (ev əşyaları ilə birlikdə) və həyətyanı sahədə 200 m² quru ot yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.