RUSİYA

Ağır qəzanın görüntüləri yayıldı, sürücü pəncərədən uçdu - VİDEO

Moskvada bu gün baş vermiş ağır qəzanın görüntüləri şəbəkədə yayılıb
Sputnik

BAKI, 16 iyun — Sputnik. İnternetdə Rusiya paytaxtında baş vermiş və insan ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə bu gün səhər Kutuzov prospektində "Slavyanski bulvar" metro stansiyasının yaxınlığında baş verib. Qəza nəticəsində bir nəfər ölüb.

Hadisə şahidlərinin sözlərinə görə, insident zamanı avtomobillərdən biri parça-parça olub, sürücü isə pəncərədən çölə uçub. Hər iki maşının təkərləri dağılıb.