Xüsusi müştərilər üçün döyüşçülərin idarə etdiyi və cangüdənlərin qoruduğu taksi xidməti

Belə taksi sürücüləri kölgələrin mifik müharibəsini əks etdirən xüsusi geyim geyinirlər
Sputnik

BAKI, 15 iyun — Sputnik. Yaponiyada qəribə taksi xidməti göstərilir. Belə ki, taksilər nindzalar və su tapançalı cangüdənlər tərəfindən idarə edilir.

Qadınlar taksidə öpüşdü, qalmaqal qopdu

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın "Sanva Kotsu" şirkəti əcnəbi turistlərin səyahətlərini maraqlı və əyləncəli etmək üçün yeni üsul fikirləşib. Belə ki, hazırda bu ölkədə "Nindza taksi" xidməti fəaliyyət göstərir.

Adından da göründüyü kimi, belə taksi sürücüləri kölgələrin mifik müharibəsini əks etdirən xüsusi geyim geyinir və XVII əsrə aid klassik yapon dilində danışırlar.

Sanwa Koutsu şirkətinin taksisi

Bundan başqa, əgər siz özünüzü xüsusi əhəmiyyətli müştəri kimi hiss etmək istəyirsinizsə, şirkətdən özünüz üçün cangüdənli taksi sifariş edə bilərsiniz. Orada sizə xidmət göstərəcək həmin cangüdənin tapançası var, amma o, həqiqi deyil, su tapançasıdır.