BAKI, 15 iyun — Sputnik. Nyu-York sakini olan qadınlar “Uber” taksi xidmətinin sürücüsünü ayrı-seçkilikdə ittiham ediblər.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qadınlar avtomobilin arxa oturacağında oturub öpüşdükləri üçün sürücü onları qovub.
Belə ki, 26 yaşlı Aleks Yovin və 24 yaşlı Emma Piçl mayın 9-da Bruklindən dostlarının ad günü mərasimindən qayıdırmışlar. Qadınlar bildiriblər ki, onlar sadəcə bir dəfə öpüşüblər və özlərini pis aparmayıblar. Cütlük qeyd edib ki, öpüşdən bir neçə dəqiqə sonra sürücü avtomobili saxlayıb və qadınlardan avtomobili tərk etməyi tələb edib.
"Biz demək olar ki, bütün yol boyu söhbət etmişik. Anidən bir-birimizə yaxınlaşıb, öpüşmüşük. Biz avtomobildə yanında öpüşən insanların olması narahatlığını başa düşürük. Amma biz elə davranmırdıq" – deyə Yovin qeyd edib.
“Uber”in saytında taksi istifadəçiləri üçün məsləhətlər qeyd olunub. Sərnişinlərin bir-birinə toxunması və seksual hərəkətlər etməsi qadağandır.
Sürücü Əhmər əl Butari 2014-cü ildə “Uber”dən lisenziya alıb. Onun reytinqi 4,67-dir. Sürücü istifadəçilərdən yaxşı xidmətə görə, dəfələrlə təşəkkürlər alıb.
Hazırda araşdırma müddətinin aparılması üçün sürücünün lisenziyası dayandırılıb.