RUSİYA

Qonşu ölkədə qaniçənlər camaata divan tutur, yüzminlərlə qurban var

Tibb müəssisələrinə 219 mindən artıq gənə dişlməsi ilə bağlı müraciət edilib ki, onlardan 57 min nəfəri uşaqdır
Sputnik

BAKI, 15 iyun — Sputnik. Rusiyada 220 min nəfərə yaxın insan gənə dişləməsi ilə həkimə müraciət edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, martın 15-dən bu yana mütəxəssislər gənə virus ensefaliti və gənə ilə ötürülən digər infeksiyaların həftəlik monitorinqlərinə başlayıblar.

Monitorinqlərin 2018-ci il iyunun 8-nə olan nəticəsinə görə, tibb müəssisələrinə 219 mindən artıq gənə dişlməsi ilə bağlı müraciət edilib ki, onlardan 57 min nəfəri uşaqdır.

Gənələr

Eyni zamanda, 83 nəfər gənə virus ensefaliti və 545 nəfər digər virusa yolxuma halı ilə qeydiyyata alınıb. Məlumata görə, Rusiyanın bölgələrində 2,3 milyon insan gənə virus ensefalitinə qarşı peyvənd edilib.

Qeyd edək ki, gənə ensefaliti mərkəzi sinir sistemini çökdürən yoluxucu virus xəstəliyidir. Xəstəlik sağlamlıq imkanlarını məhdudlaşdırır və ölümə səbəb olur.