Bakıda qanunsuz miqrantlara bayram hədiyyəsi

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi təşkil edilib
Sputnik

BAKI, 15 iyun — Sputnik. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Ramazan bayramı münasibətilə süfrə açılıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi

DMX-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bayram tədbirində Mərkəzin rəisi Taleh İbrahimov deyib ki, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmaları, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları daim diqqət mərkəzində saxlanılır, onlara hər zaman qayğı göstərilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi

"Təşkil edilən bu bayram süfrəsi də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə multikultural və tolerant prinsiplərə yüksək qiymət verən dövlətimizin qayğısının nümunəsidir" — deyə T.İbrahimov bildirib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.