HADİSƏ

Bakıda iki xüsusi riskli əməliyyat

Hadisə yerlərinə xilasetmə qüvvələri cəlb olunub
Sputnik

BAKI, 15 iyun — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda ayrı-ayrı ünvanlarda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib. Əməliyyat başa çatıb.