Qadınlara xəbərdarlıq: Özünüzü gözəllik salonlarından qoruyun!

Gənc model gözəllik salonuna getdikdən sonra dəri xərçənginə tutulub
Sputnik

BAKI, 15 iyun — Sputnik. Amerikalı model, "Miss İllinoys" müsabiqəsinin qalibi Karolina Casko gözəllik salonuna getdikdən sonra dəri xərçənginə tutulduğunu açıqlayıb. Sputnik Azərbaycan xarici mətbuata itinadla xəbər verir ki, onun dərisində xərçəng xəstəliyinin yaranmasına səbəb, manikür zamanı dırnaqların qurudulması üçün istifadə edilən lampanın şüaları olub.

"Mənim baş barmağımın dırnağında qara xətt əmələ gəlibmiş, ancaq mən bunu görməmişəm. Çünki mənim dırnaqlarım həmişə boyalı olub" — deyə gənc model bildirib.

Məlum olub ki, proses nəticəsində dırnağın melanomiyası baş verib. Xərçəng hüceyrələrini aradan götürmək üçün həkimlər dırnağı dibdən kəsməli olublar.

Casko öz başına gələnləri paylaşaraq bütün gənc qızlara müracitə edib: "Mənim kimi onlarla qız var ki, tez-tez dırnaqlaırnı manikür etdirir və bu zaman ultrabənövşəyi işıqlı lampalardan istifadə edilir. Özünüzü qoruyun".