Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Fətvasında bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə tsadüf edib və Ay göründüyü andan Ramazani-şərif başlayıb.