BAKI, 15 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü barədə indidən danışmaq hələ tezdir.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Peskov üçtərəfli və ya ikitərəfli görüşün olub-olmayacağı barədə hazırda hansısa fikir bildirməyi tez hesab edib.
Xatırladaq ki, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri iyunun 14-də Moskvada 2018-ci il futbol üzrə dünya çempionatının açılışında iştirak ediblər.