BAKI, 15 iyun — Sputnik. 18 yaşından lotereyada eyni rəqəmləri yazan amerikalı sərvət qazanıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, amerikalı Maykl Tren Boyse şəhərində Poverball lotereyası alıb. O, lotereyaya ötən il yazdığı 6,10,15,25, 36 rəqəmlərini yazıb. Lotereyanı telefondakı proqramla yoxlayan Maykl təşkilatçılardan onlarla əlaqə saxlamaqla bağlı bildiriş alıb.
"Bundan sonra mən uduş rəqəmlərinə baxdım, onlar çox tanış görünürdü" – deyə Maykl bildirib.
Təşkilatçılar ona iki milyon dollar qazandığını bildirib. Amerikalı bu pulu ev almağa sərf edəcəyini deyib.