Ərdoğan silahdaşlarına başsağlığı verdi

Aralarında millət vəkili İbrahim Halil Yıldızın qardaşı Mehmet Yıldızın da olduğu 4 nəfər həlak olub, 9 nəfər yaralanıb
Sputnik

BAKI, 15 iyun — Sputnik. Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkili İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə silahlı hücum olub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hücum zamanı aralarında millət vəkili İbrahim Halil Yıldızın qardaşı Mehmet Yıldızın da olduğu 4 nəfər həlak olub, 9 nəfər yaralanıb. Hücumun ardınca prezident Rəcəb Tayyib Ərdoğan millət vəkilinə başsağlığı verib.

Araşdırmalar zamanı millət vəkili Halil Yıldızın adının PKK-nın sui-qəsd siyahısında olduğu müəyyən edilib.