CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yay tətilində uşaqların ən böyük düşməni məlum oldu

Araşdırmaya görə, uşaqların 62 faizi online oyunlar zamanı digər oyunçularla əlaqə qurur və gözləmədikləri hadisələrlə qarşılaşır
Sputnik

BAKI, 14 iyun – Sputnik. Mütəxəssislərin fikrincə, yay tətilində uşaqları daha çox onlayn oyunlardan qorumaq lazımdır. Sputnik Azərbaycan xəbər verir ki,  uşaqların yay tətilində 2 saatdan çox  vaxt ayırdıqları onlayn oyunlar onları üçün risk daşıyır.  

Araşdırmaya görə,  valideynlərin 95 faizi uşaqlarınln onlayn oyunlar zamanı məruz qaldıqları risklərdən narahatlıq hiss edir. Bununla yanaşı bu risklər gözə alınsa belə, uşaqlara oyun üçün ayrılan zaman azaldılmır. 

Valideynlərin 92 faizi  uşaqlarına hər gün bir saat oyun saatı ayırdığını bildirir, 8 faizi isə 5 saatdan çox vaxt verdiyini etiraf edir. Mütəxəssislərə görə, bütün uşaqlar gndə hardasa 2 saat kompüter və ya mobil telefonda oyun oynayır. Bu da həftədə 15 saat deməkdir. 

Araşdırmaya görə, uşaqların 62 faizi online oyunlar zamanı digər oyunçularla əlaqə qurur və gözləmədikləri hadisələrlə qarşılaşır. Valideynlərin 89  faizi vəziyyətin fərqində olduğunu etiraf edir.  Valideynlərin 71 faizi isə uşaqlarının oyunlar zamanı cinsi, 68 faizi isə narkotiki təbliğ edən məlumatlarla qarşılaşacağından ehtiyat edir. 

Mütəxəssislər məsləhətət görürü ki, uşaqları risklərdən qorumaq üçün  onların oynadıqları oyunlara fikir vermək və oyun üçün ayrılan zamana diqqət yetirmək lazımdır.