Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır

Yolun bəzi yerlərində sürət həddi 80-100 faiz, yəni iki dəfə artacaq
Sputnik

BAKI, 14 iyun — Sputnik. "Qırmızı Körpü" Sərhəd Keçid Məntəqəsindən (Gürcüstan – Azərbaycan sərhədindən) "Sarpi" Sərhəd Keçid Məntəqəsinə (Gürcüstan — Türkiyə sərhədi) qədər olan yol dörd saata qədər qısalacaq. Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departmentinin rəhbəri İrakliy Karseladze bildirib.

Azərbaycan-Gürcüstan sərhədində yenilik ediləcək

O, diplomatik korpusun nümayəndələrini planlaşdırılan genişmiqyaslı infrastruktur layihələri ilə tanış edib: "Dəhlizin tam uzunluğu qısalacaq, hərəkət müddəti azalacaq. Əgər "Qırmızı Körpü"dən "Sarpi"yə getmək üçün 7-8 saat lazım idisə, işlərin bitməsindən sonra bu, 4-4,5-a qədər enəcək. Yolun bəzi yerlərində sürət həddi 80-100%, yəni iki dəfə artacaq".

Karseladzenin sözlərinə görə, yaxın gələcəkdə nazirlik Qərbi Gürcüstanla Şərqi Gürcüstanı birləşdirən Rikotsk dərəsində tikinti işləri üçün tender elan etməyi planlaşdırır. Həmçinin Mtsxeta – Stepançminda – Lars beynəxlalq avtomagistralının bir hissəsi olacaq Kveşeti – Kobi yolunda dəyişikliklər planlaşdırılır.

"Rikotsk dərəsində 50 kilometrdən artıq yolun tikintisi nəzərdə tutulur ki, yolun üzərində 96 körpü və 53 tunel olacaq. Kveçeti – Kobi yolunun uzunluğu 22,7 kilometr olacaq ki, burada 6 körpü və 5 tunel olacaq. Bu tunellərdən biri Gürcüstanın ən böyük tuneli (9 kilometr) olacaq. Bu layihələrin həyata keçirilməsi üçün ümumilikdə iki milyard dollara yaxın vəsait xərclənəcək" — deyə Departament rəhbəri vurğulayıb.