Millət vəkilinə hücum edildi: 3 ölü, 8 yaralı

Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.
Sputnik

BAKI, 14 iyun — Sputnik. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Şanlıurfadan olan deputatı İbrahim Halil Yıldıza və partiyanın onunla birlikdə seçki kampaniyası aparan digər üzvlərinə hücum edilib.

Sputnik AzərbaycanSözçü-yə istinadla xəbər verir ki, olay Şanlıurfanın Suruç rayonunda baş verib. Silahlı hücum nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Şanlıurfada millət vəkilinə hücum

Naməlum şəxslər hücum zamanı odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər.

Millət vəkili hadisə zamanı xəsarət almayıb. Amma ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir.

Hadisə yerində xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub.